Logo

BŞTİ müdiri: "Bakı məktəblərində məktəbli formalarının seçimi təsdiq olunub"

11.09.2023 11:17 172 baxış
IMG

"Bakı məktəblərində Pedoqoji Şuralar tərəfindən məktəbli formalarının seçimi təsdiq olunub".

Tehsil.biz xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, məktəbli forması Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək tədbirdir və İdarə burada kommunikasiyaedici tərəfdir:

"Bu istiqamətdə çox yaxşı iş gedir. Vahid məktəbli geyimi nizam-imtizamın başlanğıcıdır. Düşünürük ki, məktəblərimiz bu sahədə də göz oxşayacaq".

Xəbər lenti