Logo

“STEAM Azərbaycan” layihəsi üzrə keçirilən təlimlər yekunlaşıb

11.09.2023 10:17 201 baxış
IMG

“STEAM Azərbaycan” layihəsi tətbiq olunan məktəblərin müəllimləri üçün keçirilən təlimlər uğurla başa çatıb.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, təlimlər Zaqatala və Mingəçevir STEAM Mərkəzlərində 2023/2024-cü tədris ilinə hazırlıq çərçivəsində təşkil olunub.

Qeyd edək ki, təhsilimizin qloballaşan dünyaya inteqrasiyasının prioritet sahə olduğunu nəzərə alaraq 2019-2020-ci tədris ilindən başlayaraq ölkəmizdə “STEAM Azərbaycan” layihəsi tətbiq olunur. Layihənin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmək qabiliyyətlərini yüksəltməkdir.

Xəbər lenti