Logo

Bakı məktəblərində 2023-2024-cü tədris ilinə hazırlıq işləri aparılır

08.09.2023 21:06 241 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTI) tabeliyindəki təhsil müəssisələrində 2023-2024-cü tədris ilinə hazırlıq işləri aparılır.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, 2023-2024-cü tədris ilində Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 481 min 131 şagirdin təlim-tərbiyəsi ilə 28 min 498 müəllim məşğul olacaq.

Məktəbəqədər təhsil müəssisələrində 34 995 uşağın təlim-tərbiyəsi ilə 4 375 tərbiyəçi-müəllimin məşğul olması gözlənilir.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 318 ümumi təhsil müəssisəsi, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Xəbər lenti