Logo

BDU-da fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanlarında 247 iddiaçı iştirak edib

08.09.2023 20:17 145 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün fəlsəfə fənnindən qəbul imtahanları keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, imtahanlarda BDU-nun doktoranturasına qəbul olmaq üçün müraciət etmiş 157 iddiaçı, eləcə də ölkənin bir neçə elmi-tədqiqat institutunun (İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Biofizika İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu, Geologiya və Geofizika İnstitutu, Botanika İnstitutu, Mikrobiologiya İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, İqtisadiyyat İnstitutu, Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Neft və Qaz İnstitutu, Coğrafiya İnstitutu, Fiziologiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu) doktoranturasına qəbul olmaq üçün müraciət etmiş 90 iddiaçı olmaqla, ümumilikdə 247 iddiaçı iştirak edib.

İmtahanlar BDU-nun professor və müəllimlərindən ibarət komissiya tərəfindən şifahi formada aparılıb.

BDU-nun doktoranturasına qəbul olmaq üçün müraciət etmiş və imtahandan müvəffəqiyyətlə keçmiş 123 iddiaçı növbəti mərhələdə ixtisas fənni üzrə qəbul imtahanında iştirak edəcək.

Xəbər lenti