Logo

ATMU-da beynəlxalq standart üzrə fəaliyyət davam edir

08.09.2023 12:35 143 baxış
IMG

Norveç Krallığının DNV AS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsində ISO 21001:2018 – Təhsilin idarəedilməsi standartı üzrə sertifikatlaşdırma auditi keçirilib.

Bu barədə "Tehsil.biz"ə ATMU-dan məlumat verilib.

Auditi uğurla tamamlayan Azərbaycan Turizm və Menecment Universiteti “Turizm və qonaqpərvərlik və sosial menecment sahələrində mütəxəssislərin hazırlanması” sahəsində ISO 21001:2018-Təhsilin idarəedilməsi standartı üzrə sertifikat əldə edib.

Universitetin Turizm və qonaqpərvərlik fakültəsi 2019-cu il noyabrın 20-də, eyni zamanda, ISO 9001:2015 - Keyfiyyət idarəetmə sistemi sertifikatına layiq görülüb və cari ilin yanvar ayında keçirilən auditdən sonra yenidən sözügedən standart üzrə sertifikata sahiblənib.

ATMU-nun adıçəkilən sertifikata layiq görülməsi müvafiq ixtisaslar üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğun təhsil siyasəti həyata keçirdiyinin göstəricisidir.

Xəbər lenti