Logo

Təkrar ali təhsil üzrə ADNSU-ya qəbul olunmuş tələbələrlə görüş keçirilib - FOTO

08.09.2023 11:26 268 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor vəzifəsini icra edən dosent Vazeh Əskərovun 2023-2024-cü tədris ilində təkrar ali təhsil üzrə ADNSU-ya qəbul olunmuş tələbələrlə görüşü olub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Görüşdə V.Əskərov ADNSU-da tədris prosesi, həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib.

Sonra təkrar ali təhsildə tədris planı haqqında təqdimat edilib.

Bu il təkrar ali təhsil almaq üçün ADNSU-ya 550 nəfər qəbul olunub.

Xəbər lenti