Logo

ADAU ilə ADA Universiteti birgə layihələr hazırlayacaq

07.09.2023 22:35 151 baxış
IMG

ADA Universitetinin rektoru Hafiz Paşayev və rəhbərlik etdiyi bir qrup nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Tehsil.biz xəbər verir ki, əvvəlcə universitetin inzibati binası ilə tanış olan qonaqlar burada sərgilənən eksponatlara baxış keçirib. ADAU-nun rektoru Zəfər Qurbanov qonaqlara universitetin tarixi barədə ətraflı məlumat verib.

Sonra Aqronomluq tədris korpusunda yerləşən müasir laboratoriyalar ilə tanışlıq olub. Bildirilib ki, universitetdə zəngin maddi texniki baza, o cümlədən müasir tədris avadanlıqları ilə təchiz edilmiş auditoriyalar və laboratoriyalar fəaliyyət göstərir. Burada alimlər yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlığı ilə yanaşı, kənd təsərrüfatı elminin inkişafına da dəyərli töhfələr verirlər.

İkitərəfli görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi və ADAU ilə ADA Universiteti arasında birgə layihələrin işlənməsi mövzuları müzakirə olunub.

Xəbər lenti