Logo

Bağça müəllimlərinin sertifikatlaşdırılması mərhələli proses olacaq

06.09.2023 20:49 217 baxış
IMG

"Bağça müəllimlərinin sertifikatlaşdırılması yəqin ki mərhələli proses olacaq".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, indiyə qədər 50 faiz müəllimin məktəbəqədər təhsil ixtisasında olmadığı müəyyən edildi. Lakin biz güzəşt etdik, onları işdə saxladıq. Növbəti mərhələdə yəqin ki, diaqnostik testlər olacaq.

Nazir qeyd edib ki, ölçmə aləti reallığa uyğun olacaq. Müəllimlərin bir neçə şansı olacaq. Əlbəttə ki, ən zəif nəticə göstərən müəllimlə sonda əmək müqaviləsinə xitam veriləcək

Xəbər lenti