“9 il rus bölməsində oxuyan uşaqlar var ki, Azərbaycan dilini bilmir".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, ölkədə Azərbaycan dili rəsmi dövlət dilidir və bunu hamı bilməlidir:
"Bu il nəzarət tədbirləri daha da artacaq və məktəb rəhbərlərinə təlimatlar da veriləcək”, - nazir qeyd edib.