Logo

BDU-da yay imtahan sessiyası başlayıb

05.09.2023 12:52 468 baxış
IMG

Sentyabrın 5-dən Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilinin yay semestrinin imtahan sessiyası başlayıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, sessiya sentyabrın 8-dək davam edəcək.

Bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla saat 10:00 -dan 13:00-dək, magistratura səviyyəsi üzrə isə saat 14:00-dan 17:00-dək keçirilir. Ümumilikdə yay semestrinin imtahan sessiyasında 200-dən artıq fənn üzrə 975 bakalavr və 29 magistr iştirak edir.

Qeyd edək ki, BDU-da yay semestri Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən təşkil olunur.

Xəbər lenti