Logo

Kinoşünas və kinotənqidçilərin forumu keçiriləcək - FOTO

04.09.2023 21:44 313 baxış
IMG

Sentyabrın 6-dan 10-dək Almatıda VIII Bayqanur Beynəlxalq Film Festivalı çərçivəsində MDB ölkələri kinoşünas və kinotənqidçilərinin forumu baş keçiriləcək.

Tehsil.biz "Kulis.az"a istinadən xəbər verir ki, forum çərçivəsində film nümayişləri, ustad dərsləri, seminarlar, tanınmış rejissor və aktyorların mühazirələri, həmçinin kino sənayesinin aktual problemlərinə həsr olunmuş dəyirmi masalar təşkil olunacaq.

Forumun proqramına “Kinoşünaslıqda müasir tendensiyalar və çağırışlar: tədqiqat, təhlil və perspektivlər” mövzusunda panel, kinoşünasların mühazirələri, ustad dərsləri, film nümayişləri və müzakirələr daxildir.

Qeyd edək ki, MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən forumda azərbaycanlı kinoşünas Aygün Aslanlı və rejissor Ülvi Mehdi də iştirak edəcək.

Xəbər lenti