Logo

“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub

04.09.2023 13:00 246 baxış
IMG

“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Tehsil.biz xəbər verir ki, bu vəzifə Nuridə Allahyarovaya həvalə olunub. 

N.Allahyarova bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

“Təxminən 6 aylıq fasilədən sonra TƏBİB-in tabeliyində fəaliyyət göstərən, Qafqazın ən böyük tibb müəssisəsi sayılan “Yeni Klinika”da İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edəcəyəm. Doğrudur, el deyimi var ki, “Allah yolunuzu xəstəxanadan salmasın”, amma tibb müəssisəsi yolumuzun mütəmadi düşdüyü məkan olduğundan yolunuz nə zaman düşsə, məmnun və sağlam şəkildə evinizə geri dönməyi təmin etmək üçün bütün komanda olaraq xidmətinizdə olacağıq. Mən isə 7/24 bütün müraciətlərinizi həmişəki kimi dinləməyə və həllinə nail olmaq üçün vasitəçiniz olmağa hazıram!”, - deyə N. Allahyarova vurğulayıb. 

Xəbər lenti