Logo

Bakıda kollecin yataqxanası yanıb

04.09.2023 11:45 479 baxış
IMG

Bakı şəhəri Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində ümumi sahəsi 10 m² olan mətbəxdə 1 ədəd qaz sobası yanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti