Logo

Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək

03.09.2023 11:30 418 baxış
IMG

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 28 sentyabr tarixində saat 10:00-da Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Mingəçevir şəhəri, 20 Yanvar 172) Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən bildirilib.

Vətəndaşlar 22 sentyabr 2023-cü il tarixinə qədər Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı, (020) 23 5 5619 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.

Xəbər lenti