Logo

Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibələrdə iştirak üçün ərizə qəbulu davam edir

24.03.2021 15:13 525 baxış
IMG

Martın 15-də elan edilmiş ümumi müsahibədə iştirak edən dövlət orqanları üzrə işləmək istəyən namizədlərin ərizə qəbulu mərhələsi davam edir.

 

Təhsil.biz xəbər verir ki, DİM-in martın 24-ü saat 12:00-a olan məlumatına əsasən ümumi müsahibələrdə iştirak etmək üçün 57 nəfər müraciət edib.

 

Ümumi müsahibədə iştirak etmək üçün ərizə qəbulu aprelin 13-də yekunlaşacaq.

 

Qeyd edək ki, ümumi müsahibəyə 12 dövlət orqanında 46 vakant vəzifə – Hesablama Palatası 1, Maliyyə Nazirliyi 4, Kənd Təsərrüfatı Nazirliyi 9, Dövlət Statistika Komitəsi 3, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi 2, Diasporla İş üzrə Dövlət Komitəsi 1, Milli Arxiv İdarəsi 1, Qida Təhlükəsizliyi Agentliyi 20, Dövlət Turizm Agentliyi 1, Məhkəmə-Hüquq Şurası 2, Gəncə İnzibati Məhkəməsi 1, Gəncə Kommersiya Məhkəməsi 1 yer çıxarılıb.

Xəbər lenti