Məşhur neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatının 99-cu ildönümü ilə əlaqədar bu gün Milli Azərbaycan Tarixi Muzeyində “Açıq qapı” günü keçirilir və ziyarətçilər üçün giriş ödənişsizdir.
Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.
Muzeydə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə aid əşyalar, sənədlər, fotoşəkillər qorunur, onun həyat və fəaliyyətinə dair əsərlər nəşr etdirilir. Eyni zamanda, müəssisədə böyük mesenatın xatirə muzeyi fəaliyyət göstərir.