Logo

Bu gün 1 939 ibtidai sinif müəllimi sertifikasiya imtahanı verib

29.08.2023 18:09 398 baxış
IMG

“Bu il 40 mindən çox müəllimin sertifikasiya imtahanında iştirakını təmin edəcəyik”.

Tehsil.biz xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, ötən il keçirilən sertifikatlaşdırma prosesində uğur qazanmayan ibtidai sinif müəllimləri üçün bu gün imtahan keçirilib:

“Bugünkü imtahanda 1 939 müəllim iştirak edib. Yaşı 60-dan aşağı müəllimlərin bu gün keçirilən imtahanda davamiyyəti 93 % təşkil edib”.

Mərkəz direktoru əlavə edib ki, imtahanın nəticələri namizədlərin şəxsi kabinetlərinə göndərilir.

Xəbər lenti