Logo

Masallıda mədəniyyət işçilərinin iştirakı ilə müşavirə keçirilib

29.08.2023 13:35 269 baxış
IMG

Avqustun 29-da Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan müəssisə əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilib, görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Tehsil.biz xəbər verir ki, seminar-müşavirəni mərkəzin direktoru Vəkil İsmailov açaraq mədəniyyət sahəsində görülən işlərdən, aparılan islahatlardan danışıb. Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunan daxili nizam-intizam qaydaları haqqında Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan kollektiv üzvlərinə ətraflı məlumat verilib.

Tədbirdə mədəniyyət sahəsində mövcud problemlər dinlənilib, suallar cavablandırılıb və səsləndirilən təkliflər qeydə alınıb. Mövcud problemlərin həlli üçün mədəniyyət müəssisələrinin rəhbərlərinə konkret tapşırıqlar verilib.

Xəbər lenti