Logo

Təhsilin İnkişafı Fondu təcrübəçilərlə müsahibə keçirib

29.08.2023 00:09 256 baxış
IMG

Təhsilin İnkişafı Fondu Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə icra edilən “İrəliləyiş” layihəsinin tərəfdaşlarından biridir.

Fonddan "Tehsil.biz"ə bildirilib ki, layihənin məqsədi ölkədə fəaliyyət göstərən şirkət və təşkilatlarda, eləcə də dövlət müəssisələrində beynəlxalq normalara uyğunlaşan təcrübə proqramları formalaşdırmaq və yüksək potensiallı gənclərin karyera bacarıqlarını inkişaf etdirmək üçün həmin təcrübə proqramlarında onların iştirakını təmin etməkdir.

Əməkdaşlıq çərçivəsində layihə iştirakçıları üçün müsahibə mərhələsi keçirilib. Müsahibənin nəticələri yaxın günlərdə açıqlanacaq.

Xəbər lenti