Logo

Ali məktəblərdə mövcud təhsil proqramları təkmilləşdiriləcək

28.08.2023 23:47 192 baxış
IMG

Sosial xidmət sahəsində yüksəkixtisaslı və peşəkar kadr hazırlığının həyata keçirilməsi məqsədilə ali təhsil müəssisələrində mövcud təhsil proqramları təkmilləşdiriləcək.

Tehsil.biz xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Proqrama əsasən, Elm və Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 2025–2026-cı illər ərzində çətin həyat şəraitində olan şəxslərə sosial xidmət göstərilməsi və sosial işin təşkili məqsədilə təhsil proqramlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, təhsil proqramlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılması və yeni təhsil proqramlarının qəbul olunmasını təmin etməlidir.

Xəbər lenti