Logo

UFAZ tələbələri “Air Zero G” təyyarəsi ilə uçuşda iştirak ediblər

28.08.2023 20:19 223 baxış
IMG

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin “Air Zero G” təyyarəsi ilə uçuşlarda iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Bildirilib ki, tələbələrdən Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev “Act In Space” Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.

Uçuşdan sonra tələbə Ömər Nuruzadə öz təəssüratlarını bölüşüb: ”Çox maraqlı idi. Keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Çox həyəcanlı anlar idi. Mənim favoritim Ay qravitasiyasında uçuş idi”.

Xəbər lenti