Logo

Azərbaycanda son 1 həftədə 111 nəfər COVID-19-a yoluxub, 5 nəfər ölüb

28.08.2023 16:41 281 baxış
IMG

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (21.08.2023-27.08.2023) 111 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 832 132 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 773 nəfər müalicə olunaraq sağalıb, 10 300 nəfər vəfat edib, aktiv xəstə sayı 109 nəfərdir.

Ölkədə son həftə ərzində 3 386, hazırkı dövrədək isə 7 671 823 test aparılıb.

Xəbər lenti