Logo

Yeni peşə və kvalifikasiya standartları hazırlanacaq

28.08.2023 16:09 250 baxış
IMG

Sosial xidmət sahəsində rəqabətqabiliyyətli kadr potensialının inkişafı üçün yeni peşə və kvalifikasiya standartları hazırlanacaq.

"Tehsil.biz"in məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Proqrama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 2024–2025-ci illər ərzində “Sosial işçi”, “Sosial xidmətçi”, “Sosial pedaqoq” və “Sosial iş üzrə mütəxəssis–psixoloq” peşələri üçün peşə və kvalifikasiya standartları layihələrinin hazırlanmasını, Peşə və kvalifikasiya standartları layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını, Peşə və kvalifikasiya standartlarının təsdiq edilməsini təmin etməlidir.

Xəbər lenti