Logo

BDU məzunu təhsilini Edinburq Universitetində davam etdirəcək

28.08.2023 15:57 253 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) məzunu Nihad Abbas “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Edinburq Universitetinə qəbul olunub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, 2023-2024-cü tədris ilində N.Abbas həmin universitetdə magistratura səviyyəsində Dövlət idarəetməsi ixtisası üzrə təhsilini davam etdirəcək. O, 2019-cu ildə Heydər Əliyev adına Liseyi bitirib və BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olunub və ali məktəbi fərqlənmə diplomu ilə başa vurub.

Təhsil uğurlarını artırmaq arzusunda olan N.Abbas deyir: “BDU ölkəmizin ən qabaqcıl və ən nüfuzlu ali təhsil ocağıdır, Ümummilli Lider Heydər Əliyevin təhsil aldığı universitetdir. BDU-nun elm və təhsilimizin inkişafında əvəzsiz xidmətləri olub. Qürur hissləri keçirirəm ki, BDU-nun məzunuyam. Mən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda iştirak etmək, təhsilimi xarici ölkədə davam etdirmək arzusunda idim. Çox sevinirəm ki, Edinburq Universitetinə qəbul olundum. Xaricdə təhsil almaq və bilikli və bacarıqlı mütəxəssis olmaq mənim üçün əvəzsiz bir duyğudur”.

Xəbər lenti