Logo

BANM-in əməkdaşları İzmir universitetlərində olublar - FOTO

27.08.2023 11:03 283 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının Böyük laborantı Lamiyə Rüstəmova və Keyfiyyətin təminatı şöbəsinin Böyük metodisti Elnarə Zeynalova Erasmus+ proqramı çərçivəsində Türkiyənin İzmir Katip Çelebi Universitetinin təşkil etdiyi işçi mübadiləsi proqramında iştirak edib, yeni tərəfdaşlıq üçün 2 universitetdə olublar.

Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.

İzmir Katip Çelebi Universitetində keçirilən görüşlərdə Erasmus+ proqramı ilə maliyyələşdirilən #mübadilə proqramları, növbəti tədris ilində təşkil olunacaq yeni tələbə-işçi mübadilələri, payız semestrində mübadilədə iştirak edəcək tələbələr, birgə layihələrin hazırlanması və iki universitet arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

BANM əməkdaşları universitetimizi tanıtmaq və yeni əməkdaşlıqları müzakirə etmək məqsədilə İzmirin Ege Universiteti və Yüksək Texnologiya Universitetində də olublar. Bu universitetlərdə keçirilən görüşlərdə BANM haqqında, əldə olunan uğurlar barədə məlumat verilib.

BANM haqqında çox yüksək fikirdə olduqları bildirilən Yüksək Texnologiya Universitetində keçirilən görüşdə ilk KA 171 mübadilələri, Universitetin doktorantura ilə bağlı qazandığı layihələr, bu layihələrdə gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti