Avqustun 26-da Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində 26 Avqust - Laçın şəhəri günü qeyd edilib.
Tehsil.biz xəbər verir ki, mədəniyyət nümayəndələrinin və qazilərin iştirak etdiyi tədbirdə əvvəlcə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Müəssisə rəhbəri Vəkil İsmailov çıxışında Laçın şəhərinin işğaldan azad edilməsi ilə tarixi ədalətin bərpa olunduğunu vurğulayıb və işğaldan azad edilmiş ərazilər üzrə təsis edilmiş şəhər günləri haqqında Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəncamın əhəmiyyətindən söz açıb.
Sonra çıxış edən Xalq teatrının rejissoru Cəmaləddin Əliyev və digər natiqlər Laçın şəhərində aparılan bərpa-quruculuq işləri, o cümlədən yeni nəqliyyat və sosial infrastrukturunun yaradılması, "Böyük qayıdış" planı çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarda məskunlaşdırılması və digər vacib məsələlərdən danışıb, mövzular ətrafında fikir mübadiləsi aparıblar.