Logo

Bakı Dövlət Universitetində əcnəbi tələbələrin qəbulu davam edir

26.08.2023 15:33 193 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ili üçün müvafiq ixtisaslar üzrə əcnəbi tələbələrin qəbulu davam edir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Əcnəbi tələbələr tərəfindən təqdim ediləcək sənədlər:

1. Seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);

2. Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);

3. Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;

4. Etibarlı sərhədkeçmə sənədi;

5. 6 ədəd fotoşəkil (son 6 ayda çəkilmiş fotoşəkil);

6. Beynəlxalq pasport (fotoşəkil olan səhifə), pasportun etibarlılıq müddəti universitetə müraciət olunan tarixdən sonra azı 1 il 6 ay olmalıdır.

7. Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);

8. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);

Qeyd: 1. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşayış icazəsi (DYİ seriyası) olan xarici vətəndaşlar Bakı Dövlət Universitetinə yalnız Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.

2. Xarici ölkə vətəndaşlığı ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşlığı olan şəxslərin əcnəbi vətəndaş qismində Bakı Dövlət Universitetinə sənəd təqdim etmələri qadağandır. Onlar universitetə Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.

3. Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etməlidir.

Ünvan: Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 BDU, Bakı - 2023

Telefon: (+994 12) 539 06 71; Email: [email protected]

Xəbər lenti