Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Milli Azərbaycan Tarixi Muzeyində qorunan milli musiqi alətlərimiz əlamətdar gün münasibətilə ziyarətçilərə təqdim olunur.
Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.
Nümayiş olunan musiqi alətləri arasında tar, nağara, kamança və digər eksponatlar yer alır.