Logo

BDU-da yay semestri üzrə dərslər başa çatır

26.08.2023 09:38 236 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) 2022/2023-cü tədris ilində təşkil edilən yay semestri başa çatır.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, ümumilikdə yay semestri dərslərində 200-dən artıq fənn üzrə 975 bakalavr və 29 magistr iştirak edir.

Yay semestri üzrə imtahanlar sentyabr ayının əvvəlində təşkil ediləcəkdir.

Qeyd edək ki, BDU-da yay semestri Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən təşkil olunub.

Yay semestrdə 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə və magistrantların fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınıb.

Xəbər lenti