Logo

ADNSU-nun xaricdə yay məktəbində iştirak etmiş tələbələri sertifikat alıblar

25.08.2023 18:35 221 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun xaricdə yay məktəbində iştirak etmiş tələbələrlə görüşü olub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Bildirilib ki, ADNSU tələbələri - Rolan Yusufov, Leyla Ələkbərova, Yunis Məmmədov və Rauf Əsgərli 2022-2023-cü tədris ilində Estoniya, Finlandiya və Rusiyada keçirilən yay məktəblərində uğurla iştirak ediblər.

Görüşdə beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova tələbələrin keçdiyi yay məktəbi, icra etdikləri proqramlar və layihələr haqqında məlumat verib.

V.Əskərov tələbələri təbrik edib və bildirib ki, yay məktəbində iştirak etmək gənclərin gələcək fəaliyyəti üçün çox əhəmiyyətlidir.

Xəbər lenti