Logo

Dövlət Proqramı çərçivəsində “Rəqəmsal savadlılıq” mövzusunda təlim keçirilib

25.08.2023 17:44 192 baxış
IMG

Təhsil İnstitutu işğaldan azad olunmuş ərazilərə qayıdan əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə “Rəqəmsal savadlılıq” mövzusunda təlim keçirib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təlim “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil olunub. Belə ki, əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili Dövlət Proqramının tədbirlər planında yer alıb.

Təlimin keçirilməsində məqsəd işğaldan azad olunmuş ərazilərə qayıdan əhalinin informasiya-kommunikasiya texnologiyaları (İKT) və digər müasir texnologiyalardan istifadə üzrə praktik bacarıqlara yiyələnməsi olub. Təlim müddətində iştirakçılara XXI əsr bacarıqları və müasir informasiya-kommunikasiya texnologiyaları, İKT-dən istifadə bacarıqlarının formalaşdırılması, internet və virtual kommunikasiya, ofis proqramlarından ictimai həyatda istifadə imkanları, onlayn sorğuların təşkili və faylların saxlanılması, rəqəmsal transformasiya, elektron hökumət, təhsildə informasiya sistemləri və digər məsələlərə dair məlumatlar paylaşılıb.

Qeyd edək ki, 36 akademik saatı əhatə edən təlim institutun Metodik dəstək və peşəkar inkişaf mərkəzində keçirilib.

Xəbər lenti