Logo

Abituriyentlər ixtisas seçimində ən çox bu qrupa ərizə veriblər

25.08.2023 14:30 197 baxış
IMG

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin avqustun 16-dan başlanan ixtisas seçimi davam edir. İxtisas seçimi bu ayın 28-də saat 23.59-da yekunlaşacaq. İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə verilən məlumata görə, saat 10:55-dək bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin ümumi sayı 56278 təşkil edib. İxtisas seçənlər arasında say çoxluğu I qrupa aiddir (16774 nəfər). Sonrakı yerdə 16326 nəfərlə III qrup gəlir. II qrupda 13089 abituriyent, IV qrupda isə 4381 abituriyent elektron ərizəsini təsdiqləyib.

V qrupda ərizəsini təsdiqləyən abituriyentlərin sayı 8045 nəfərdir.

Xəbər lenti