Logo

BDU-da yay semestri dərslərində 975 bakalavr iştirak edir

25.08.2023 12:24 180 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ili üçün təşkil edilən yay semestri dərslərində 200-dən artıq fənn üzrə 975 bakalavr iştirak edir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Yay semestri üzrə imtahanlar sentyabr ayının əvvəlində təşkil ediləcək.

Qeyd edək ki, BDU-da yay semestri Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən təşkil olunub.

Yay semestrində qeyd edilən tədris ilində tələbələrin fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınıb.

Xəbər lenti