Logo

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb

22.08.2023 18:00 218 baxış
IMG

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb.

Tehsil.biz xəbər verir ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib. Peşə təhsili müəssisələrinə qəbul olan şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər avqustun 23- 30-da (saat 17:00-dək) aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

• attestatın əsli;

• sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

• sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

• şəxsiyyət vəsiqəsinin surəti;

• 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;

• hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

• güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25 420 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 24 090 nəfərdən 75 140 müraciət daxil olub. Alınan nəticələr builki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 10 faiz çox olduğunu göstərir.

Peşə təhsili müəssisələrində boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin sentyabrın 1-5-də keçirilməsi planlaşdırılır.

Xəbər lenti