Logo

Peşə məktəblərinə müəllim və ustaların işə qəbulunun müraciət mərhələsi yekunlaşıb

22.08.2023 16:11 261 baxış
IMG

Peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulunun müraciət mərhələsi başa çatıb.

Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müraciət edən 2519 namizəddən 1962 nəfər imtahan mərhələsinə buraxılıb. Ərizələri təsdiq edilmiş namizədlərə test imtahanı haqqında ətraflı məlumat gün ərzində göndəriləcək.

Qeyd edək ki, imtahanda həm peşə təhsil müəssisələrinə, həm də peşə təmayüllü siniflərə müraciət edən şəxslər hər iki vakansiya üzrə dəyərləndiriləcək.

Xəbər lenti