Logo

Ümumi orta təhsil bazasından kolleclərə qəbul olanların qeydiyyatı davam edir

21.08.2023 17:46 223 baxış
IMG

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olunan abituriyentlərin portal.edu.az vasitəsilə elektron qeydiyyatı davam edir.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsi üzrə qeydiyyatı avqustun 23-ü saat 18:00 dək davam edəcək. Bunun üçün abituriyentlər https://portal.edu.az/ platformasında yaratdıqları kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Avqustun 21-i saat 15:15-ə olan məlumata əsasən, orta ixtisas təhsili müəssisəsinə qəbul olunan 6787 abituriyent portal vasitəsilə qeydiyyatdan keçib.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Xəbər lenti