Logo

UNEC-də abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə mərkəz fəaliyyət göstərir

19.08.2023 15:22 227 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə kömək göstərilməsi məqsədilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal könüllü tələbələrindən ibarət “UNEC Abituriyent Məsləhət Mərkəzi” fəaliyyət göstərir.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, abituriyentlər avqustun 25-dək “Elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiqedilmə qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məqamlar, eləcə də UNEC-də tədris olunan ixtisaslar barədə ətraflı məlumat almaq üçün “UNEC Abituriyent Məsləhət Mərkəzi”nə müraciət edə bilərlər.

Mərkəz həftəiçi hər gün saat 10:00-dan 16:00-a qədər, onlayn isə hər gün ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Xəbər lenti