Logo

BSU-da 2023/2024-cü tədris ili üçün tələbə qəbulu aparılır

19.08.2023 12:45 313 baxış
IMG

Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ili üçün abituriyent qəbulu aparılır. İxtisas seçiminə kömək məqsədilə universitetdə Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir.

BSU-dan "Tehsil.biz"ə bildirilib ki, müsabiqə şərtini ödəyən abituriyentlər, habelə onlarla eyni vaxtda ixtisas seçimi edəcək subbakalavrlar ixtisas seçimləri ilə bağlı lazımi dəstəyin göstərilməsi üçün mərkəzə müraciət edə bilərlər.

Qeyd edək ki, BSU-da 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə dörd yeni ixtisas (politologiya (rus bölməsi), tarix müəllimliyi (rus bölməsi), tərcümə (rus dili-türk dili, rus bölməsi), filologiya (türk dili və ədəbiyyatı, Azərbaycan bölməsi) üzrə tələbə qəbulu həyata keçirilir. Bununla da BSU-da bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı artaraq 18 olub.

Xəbər lenti