Logo

BDU-nun Jurnalistika fakültəsinə tələbə qəbulu aparılır

18.08.2023 21:00 211 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, fakültədə elmi-tədqiqat laboratoriyası, Tədris teleradio studiyası, “Füyuzat” media mərkəzi, Yeni media və kommunikasiya nəzəriyyəsi, Milli mətbuat tarixi, Multimedia və elektron kommunikasiya, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedraları fəaliyyət göstərir.

Universiteti jurnalistika ixtisası üzrə bitirən məzunlar müxtəlif media qurumları, müəssisə və təşkilatların mətbuat xidməti, ictimaiyyətlə əlaqələr şöbələri, informasiya agentlikləri və reklam sahələrində çalışa bilərlər.

Xəbər lenti