Logo

Beynəlxalq konfransa məqalələr qəbul olunur

18.08.2023 17:59 142 baxış
IMG

Noyabrın 14-dən 16-dək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda III Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, konfransın əsas məqsədi dövlət, özəl sektor, universitetlər və beynəlxalq təşkilatların müvafiq nümayəndələrini bir araya gətirərək rəqəmsal iqtisadiyyat mövzusunda mövcud müasir trendlər ətrafında müzakirələr apararaq qarşıda duran vəzifələri müəyyən etməkdir.

Konfransda “Yeni iqtisadi reallıqda rəqəmsal iqtisadiyyat iqtisadi və sosial inkişafın əsas drayveri kimi”, “Rəqəmsal texnologiyaların və süni intellektin hüquqi tənzimlənməsində müasir tendensiyalar”, “Rəqəmsal iqtisadiyyatda biznesin idarə edilməsi”, “Rəqəmsal iqtisadiyyat və ali təhsil sistemi: əsas tendensiyalar və maneələr”, “Rəqəmsal iqtisadiyyatın inkişafının beynəlxalq aspektləri”, “Rəqəmsallaşma meqatrend kimi iqtisadiyyatın maliyyə sektoru”, “Rəqəmsal səhiyyə: çağırışlar və perspektivlər”, “Enerjinin rəqəmsal transformasiyası” mövzuları müzakirə olunacaq.

Konfrans materiallarının qəbulu oktyabrın 17-dək davam edəcək. Materiallar antiplagiat proqramı ilə yoxlanılacaq.

Xəbər lenti