Logo

DİM sədri: "I qrupda 537 ixtisas kodu təqdim olunub, lakin cəmi 64 ixtisasdır"

18.08.2023 11:47 270 baxış
IMG

"Abituriyentlər seçdikləri istiqamət üzrə yeniliklərlə 4 nömrəli “Abituriyent” jurnalında tanış olmalıdır".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, I qrupda 537 ixtisas kodu təqdim olunub, lakin cəmi 64 ixtisasdır:

"Eyni ixtisaslar müxtəlif universitetlərdə var. Siyahı ilə tanış olanda görmək olar ki, əmək bazarında hansı ixtisaslara daha çox tələbat var. Birinci qrupda keçən illə müqayisədə plan yerlərində 23 faiz artım müşahidə olunur. Bu o deməkdir ki, keçən illə müqayisədə 2000 mindən çox insan I qrup ixtisasları üzrə ali təhsil ala biləcək".

Xəbər lenti