Logo

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

18.08.2023 11:05 213 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində bakalavriat səviyyəsində 9 ixtisas üzrə - beynəlxalq münasibətlər, iqtisadiyyat, beynəlxalq ticarət və logistika, politologiya, menecment, maliyyə, dövlət və ictimai münasibətlər, biznesin idarə edilməsi və statistika ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Fakültədə Beynəlxalq münasibətlər, Diplomatiya və müasir inteqrasiya prosesləri, İqtisadiyyat, Dünya iqtisadiyyatı, Maliyyə və menecment, Politologiya və sosiologiya, Riyazi iqtisadiyyat kafedraları fəaliyyət göstərir.

Beynəlxalq münasibətlər ixtisası üzrə məzunlar Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar, xarici şirkətlər, dövlət orqanlarının və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində işləyə bilərlər.

İqtisadiyyat ixtisası üzrə məzunlar həm mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, həm də özəl şirkətlərdə iqtisadçı olaraq işləyə bilərlər.

Beynəlxalq ticarət və logistika ixtisasını bitirən məzunlar gömrük orqanlarında xarici ticarətin tənzimlənməsi prosesində, eləcə də transmilli şirkətlərdə ticarət və logistika üzrə çalışa bilərlər.

Politologiya ixtisasını bitirən məzunlar dövlət və qeyri-hökumət təşkilatlarında, eləcə də sosial təsisatlarda çalışa bilərlər.

Menecment ixtisasını bitirən məzunlar müxtəlif dövlət və özəl müəssisələrdə heyətin idarə edilməsi, strateji planlaşdırmanın, inzibati işlərin aparılması üzrə menecer vəzifələrində işləyə bilərlər.

Maliyyə ixtisasını bitirən məzunlar dövlətin maliyyə siyasətini həyata keçirən nazirlik, komitə və mərkəzi bankında, eləcə də yerli və beynəlxalq olmaqla özəl maliyyə-kredit təşkilatlarında işlə təmin oluna bilərlər.

Dövlət və ictimai münasibətlər ixtisasını bitirən məzunlar dövlət idarəetmə orqanlarında, ictimai və özəl mülkiyyətə əsaslanan şirkətlərdə çalışa bilərlər.

Biznesin idarə edilməsi ixtisasını bitirən məzunlar həm dövlət, həm də özəl mülkiyyətə əsaslanan məhsul və xidmətlərin istehsalını həyata keçirən müəssisələrdə biznes fəaliyyətinin səmərəli təşkili və idarə edilməsini özündə birləşdirən vəzifələrdə işlə təmin oluna bilərlər.

Statistika ixtisası üzrə fakültədə ilk dəfə olaraq 2023-2024-cü tədris ilindən başlayaraq tələbə qəbulu həyata keçirilir. Bu ixtisas üzrə universiteti bitirən məzunlar Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Statistika idarələri və özəl mülkiyyətə əsaslanan şirkətlərdə çalışa bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbər lenti