Logo

Dual peşə təhsil proqramını seçən namizədlərin müsahibəsi davam edir

17.08.2023 18:54 197 baxış
IMG

2023/2024-cü tədris ili üzrə dual peşə təhsil proqramına müraciət etmiş namizədlərin müsahibəsi davam edir.

Bu barədə "Tehsil.bizə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsahibə işəgötürən təşkilatlar və peşə təhsil müəssisəsilərinin nümayəndələrinin iştirakı ilə namizədin ixtisasa marağının, səriştə və motivasiyasının ölçülməsi məqsədilə təşkil olunub.

Dual təhsil proqramı tələbənin tədris ili boyunca peşə təhsil müəssisələrində nəzəri biliklərlə yanaşı, qabaqcıl işəgötürən müəsissələrdə praktik bacarıqları real iş mühitində əldə etməsinə imkan yaradır.

Xəbər lenti