Logo

Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir

17.08.2023 14:03 235 baxış
IMG

2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 min 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 min 113-ü oğlan, 60 min 226-sı isə qızdır.

115 min 840 nəfər Azərbaycan bölməsi, 11 min 514 nəfər rus bölməsi, 985 nəfər isə tədris digər dillərdə aparılan bölmələr üzrə sorğu yerləşdirib.

Qeyd edək ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Xəbər lenti