Logo

ARTİ əməkdaşları Dövlət Proqramının təqaüdçüsü adını qazanıblar - FOTO

16.08.2023 22:09 387 baxış
IMG

Təhsil İnstitutunun əməkdaşları “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təqaüdçüsü adını qazanıblar.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, layihələrin idarə olunması şöbəsinin müdiri Nailə Ömərova Amerika Birləşmiş Ştatlarının Stanford Universitetinin magistartura pilləsi üzrə beynəlxalq müqayisəli təhsil, Təhsildə strateji tədqiqatlar şöbəsinin baş mütəxəssisi Ülkər Zaidzadə isə Kanadanın Alberta Universitetinin magistratura pilləsi üzrə təhsil psixologiyası (Ölçmə, dəyərləndirmə və data elmi) ixtisasına qəbul olub.

Xəbər lenti