Logo

Ümumi orta təhsil bazasından kolleclərə sənəd qəbulu davam edir

16.08.2023 15:33 307 baxış
IMG

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olunanların elektron sənəd qəbulu davam edir.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, elektron sistem üzrə qeydiyyat avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.

Müraciətçilər portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatları təsdiq edilir. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xəbər lenti