Logo

Alimlər insan bədənində 55 yeni kimyəvi maddə aşkarlayıb

23.03.2021 14:47 511 baxış
IMG

İnsan bədənində əvvəllər öyrənilməmiş kimyəvi maddələr var.

 

“Report”un məlumatına görə, bu barədə Kaliforniya Universiteti alimlərinin “Environmental Science & Technology” jurnalında dərc edilən məqaləsində deyilir.

 

Hamilə qadınların iştirak etdiyi araşdırma zamanı müəlliflər yüzdən çox kimyəvi maddə aşkar ediblər. Üstəlik, bunlardan 55-i əvvəllər müşahidə edilməyib, 42-də isə mənbəyi və tətbiq üsulunu təyin etmək mümkün olmayıb.

 

Alimlərin fikrincə, kimyəvi maddələrin qidalar vasitəsilə orqanizmə daxil olma ehtimalı böyükdür:

 

“Bu kimyəvi maddələr bəlkə də bir müddətdir insanlarda mövcuddur, lakin texnologiyamız mövcud maddələri indi daha yaxşı müəyyənləşdirməyimizə kömək edir”.

Xəbər lenti