Logo

Azərbaycanlı üç şagird TÜRKSOY-un inşa müsabiqəsinin qalibi olub

14.08.2023 21:14 601 baxış
IMG

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 30 illiyi münasibətilə təşkil olunan “TÜRKSOY - türk dünyasının qızıl körpüsüdür” mövzusunda inşa müsabiqəsinin qalibləri təltif edilib.

Tehsil.biz xəbər verir ki, azərbaycanlı üç məktəbli qız da müsabiqənin mükafatçıları arasında yer alıb.

Türk xalqlarının mədəniyyətinin, adət-ənənələrinin birliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib. Dövlət ümumtəhsil məktəblərində təhsil alan 13-15 yaşlı şagirdlərin qatıldıqları müsabiqədə Azərbaycan məktəbliləri Nərmin Məmmədli, Yaqut Bəyova və Fatimə Məmmədova da qalib elan edilərək mükafatlara layiq görülüblər.

Xəbər lenti