Logo

Professor gənc və uzunömürlü olmağın sirrini açdı

23.03.2021 12:05 562 baxış
IMG

Gənc və uzunömürlü olmaq yalnız xarici amillərdən deyil, həm də hərəkətlilikdən asılıdır.

 

"Sherg.az"xəbər verir ki, bu barədə gerontoloq, professor Vladimir Xavinson danışıb. Mütəxəssis uzun və sağlam həyata dair vacib tövsiyələr verib: siqaret çəkməyin, spirtli içki içməyin, daha çox hərəkət edin və kalori qəbulunu azaldın.

 

"Uzunömürlülüyün açarı düzgün və balanslı qidalanma, kalori qəbulunun məhdudlaşdırılması, tərəvəz və meyvələrin pəhrizə daxil edilməsidir. Bundan əlavə, nikotin aradan qaldırılmalı, eyni zamanda alkoqollu içkilər də azaldılmalıdır", - ekspert qeyd edib.

 

Gerontoloqun sözlərinə görə, alkoqoldan imtina insanın iş qabiliyyətini yüksəldir. İçkidən sistematik istifadə erkən yaşlanmaya səbəb olur.

 

Professor etil spirtinin qaraciyər, beyin və ürək hüceyrələri üçün zəhər olduğunu xatırladıb. Belə ki, bədən kiçik dozaları orqanizmdən xaric edir, lakin artıq böyük dozaların öhdəsindən gələ bilmir. 

Xəbər lenti