Logo

"Təbiətdə sağlam ruh" adlı yay düşərgəsi keçirilib - FOTO

13.08.2023 10:28 2141 baxış
IMG

Göygöl rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Toğanalı kənd tam orta məktəbdə "Təbiətdə sağlam ruh" adlı yay düşərgəsi təşkil olunub. 

Tehsil.biz xəbər verir ki, tədbirdə Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov , rayonun Toğanalı, Köşkü, Quşçu, Qarabulaq, Çaykənd, Sarısu kənd tam orta, Əlimədədli, Çaykənd ümumi orta məktəblərinin pedaqoji və şagird heyəti iştirak edib. 

Göygöl rayon məktəb psixoloqları tərəfindən emosiya əsaslı terapiya, psixodiaqnostik test, proyektiv metodikalar, fəal coğrafiya müəllimləri  tərəfindən şagirdlər üçün bilik yarışı keçirilib. 

Düşərgənin əsas məqsədi ümumtəhsil məktəbləri arasında inteqrasiyanı təmin etmək və yeni tədris ilinə hazırlıq olub.

Xəbər lenti